Tramp ABŞ və İran arasında razılaşmalar imzalandığını təsdiq edib
ABŞ və İran arasında razılaşmalar imzalanıb.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Onun sözlərinə görə, Hörmüz boğazı iyunun 19-da tam şəkildə açılacaq.
Tramp ABŞ və İran arasında razılaşmaların imzalanmasından məmnun olduğunu bildirib: "İranla razılaşmadan çox məmnunam, çünki Hörmüz boğazının cümə günü tam açılması gözlənilir".
O qeyd edib ki, özünün Cenevrədə memorandumun imzalanmasında iştirak etməsi ehtimalı azdır, lakin ABŞ vitse-prezidenti Cey Di Vensin mərasimdə iştirak edəcəyini qeyd edib: "O vaxta qədər, yəqin ki, artıq gedəcəyəm. Amma Vens artıq buna hazırlaşır".
"Axios" və "Reuters" bəyan edib ki, İranla razılaşmanı ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.
Oxşar xəbərlər
Tramp ABŞ və İran arasında memorandum imzalandığını elan edib
ABŞ ilə İran arasında razılaşmanı Tramp, Vens və Qalibaf imzalayıblar
ABŞ-İran memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
KİV: ABŞ-İran anlaşma memorandumunu Tramp, Vens və Qalibaf imzalayıblar
"Axios": Vens və Netanyahu İranla danışıqların şərtlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb
