Əbdüləziz Əbdürəhmanov: "Özbəkistan və Azərbaycan arasında yeni "aviakörpü" açılıb"
“Centrum Air” aviaşirkətinin bu gündən həyata keçirdiyi Bakı–Daşkənd marşrutu üzrə reysi Özbəkistan və Azərbaycan xalqları arasında yeni körpü olacaq.
"Report" xəbər verir ki, bunu “Centrum Air” aviaşirkətinin təsisçisi və İdarə Heyətinin sədri Əbdüləziz Əbdürəhmanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı-Daşkənd birbaşa reysinin iki ölkə arasında əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib:
"Özbəkistan və Azərbaycan arasında yalnız iqtisadi deyil, həm də dərin tarixi, mədəni və qohumluq əlaqələri mövcuddur. Bakı-Daşkənd reysi xalqlarımız arasında daha bir körpü olacaq və səyahətləri asanlaşdıracaq”.
Qeyd edək ki, Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsinə daxildir. “Centrum Air”in bu xəttə qoşulması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.
Oxşar xəbərlər
Teymur Həsənov: "Bakı-Daşkənd marşrutu üzrə yeni aviadaşıyıcının daxil olması Azərbaycana artan marağı təsdiq edir"
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir
Özbəkistan XİN: Daşkənd Bakı və Ankara ilə üçtərəfli formatda əməkdaşlığı vacib hesab edir - EKSKLÜZİV
Prezident İlham Əliyev: Regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır
Şahmar Hacıyev: "BOEM Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib









