Qrossi: İranda yoxlamaları bərpa etməyə hazırıq
sizinxeber.az xəbər saytı

Qrossi: İranda yoxlamaları bərpa etməyə hazırıq


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ və İran arasında əldə olunmuş razılaşmalar çərçivəsində yaxın vaxtlarda İranın nüvə obyektlərində yoxlamalara başlamağı planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi Yaponiyanın Milli Mətbuat Klubunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında əldə edilən anlaşma memorandumu sənədin nüvə hissəsinin icrasına beynəlxalq nəzarəti nəzərdə tutur ki, bunu da AEBA həyata keçirəcək.

"Nəzarəti həyata keçirmək üçün yoxlamalar aparmaq lazımdır - başqa yol yoxdur. Texniki işlərə artıq başlanılıb və biz yaxın vaxtlarda yoxlamalara başlamağı planlaşdırırıq", - Qrossi qeyd edib.

İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının olduğu yeri şərh edən agentliyin rəhbəri bildirib ki, AEBA-nın qiymətləndirməsinə görə, onlar böyük ehtimalla 2025-ci ilin iyun ayında olduqları yerdə qalmaqdadır.

"Ehtiyatların böyük bir hissəsi Fordodakı obyektdə, qismən də Natanzdadır. Lakin bunu təsdiqləmək üçün obyektlərə giriş əldə etməliyik", - o söyləyib.

Oxşar xəbərlər

Qrossi: AEBA İranın yüksək zənginləşdirilmiş uranın saxlanma yerini dəyişmədiyini hesab edir
İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər