Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
sizinxeber.az xəbər saytı

Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq


İsveçrədə keçirilən danışıqların ən mühüm nəticələrindən biri ABŞ və İran arasında gələcək eskalasiyaların qarşısını almaq məqsədilə birbaşa hərbi kommunikasiya kanalının yaradılması barədə prinsipial razılığın əldə olunması olub.

APA xəbər verir ki, bu barədə “UnHerd” ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə istinadən məlumat yayıb.

Vensin sözlərinə görə, Vaşinqtonun əsas məqsədlərindən biri münaqişənin azaldılması üçün İran tərəfi ilə birbaşa əlaqə mexanizmi yaratmaq olub.

Onun sözlərinə görə, İran bu təklifə müsbət yanaşıb.

“Onlar dedilər ki, problem deyil. SEPAH-dan bir nümayəndə Dohada CENTCOM nümayəndəsi ilə işləyəcək və bir çox mübahisələri bu yolla həll edəcəyik”, – ABŞ-ın vitse-prezidenti bildirib.

Vens qeyd edib ki, belə bir mexanizm tərəflər arasında insidentlərin və mümkün hərbi gərginliyin qarşısının alınmasına kömək edə bilər.

Oxşar xəbərlər

Vens: ABŞ yaxın 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çalışacaq
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
Vens: Putin və Zelenskinin görüşü münaqişədəki çıxılmaz vəziyyəti aradan qaldıra bilər
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər