Özbəkistan XİN: Daşkənd Bakı və Ankara ilə üçtərəfli formatda əməkdaşlığı vacib hesab edir - EKSKLÜZİV
Ankarada yanvarın 29-da keçiriləcək Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün gündəliyi əməkdaşlığın demək olar, bütün aspektlərini əhatə edir.
Bunu "Sizinxeber.az"a açıqlamasında Özbəkistan xarici işlər nazirinin müşaviri, mətbuat katibi Ahror Burxanov deyib.
"Görüşün gündəliyi çox zəngindir. Bu platformanı ölkələrimiz arasında istifadə olunmamış böyük potensialın reallaşdırılması üçün çox vacib meydan hesab edirik", - o vurğulayıb.
A.Burxanov vurğulayıb ki, hazırda bu formata digər ölkələrin cəlb edilməsi nəzərdən keçirilmir.
"2025-ci ildə müxtəlif səviyyələrdə bir sıra tədbirlər və səfərlər planlaşdırılır", - o, Bakı və Daşkənd arasında ikitərəfli münasibətləri şərh edərkən bildirib.
Xatırladaq ki, Azərbaycan, Özbəkistan və Türkiyə XİN başçıları səviyyəsində ilk görüş 2022-ci il avqustun 2-də Daşkənddə keçirilib.
Oxşar xəbərlər
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir
Türkiyə ilə Özbəkistan arasında əməkdaşlıqla bağlı yol xəritəsi imzalanıb
Azərbaycanla Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Fərhad Məmmədov: Bakı və Daşkənd çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edir
Azərbaycanla Özbəkistan arasında iki Saziş təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
