Ağcabədidə avtomobillər toqquşub, ölən var
sizinxeber.az xəbər saytı

Ağcabədidə avtomobillər toqquşub, ölən var


Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi "Hyundai" markalı avtomobil, Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, A.Bəylərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Ağcabədidə iki avtomobil toqquşub, ölən var
Ağcabədidə minik və yük avtomobili toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb
Ağcabədidə 2 avtomobil toqquşub, sürücülərdən biri ölüb
Neftçalada avtomobillə motosiklet toqquşub, ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər