Türkiyə DÇ-2026-dakı son oyununda ABŞ-yə qalib gəlib - YENİLƏNİB-7
sizinxeber.az xəbər saytı

Türkiyə DÇ-2026-dakı son oyununda ABŞ-yə qalib gəlib - YENİLƏNİB-7


Futbol üzrə dünya çempionatında Türkiyə ABŞ ilə üz-üzə gəlib.

"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" 3:2 hesablı qələbəyə seviniblər.

Avropa təmsilçisinin heyətində Arda Güler (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.

Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda dördüncü qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında ABŞ hesabı bərabərləşdirib - 2:2.

49-cu dəqiqədə Sebastyan Berhalter fərəqlənib.

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ikinci hissə başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəlidədirlər - 2:1.

Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ilk hissə bitib.

"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəlidədirlər - 2:1.

Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda üçüncü qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəli çıxıblar - 2:1.

31-ci dəqiqədə Barış Alper Yılmaz türkiyəli azarkeşləri ayağa qaldırıb.

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ikinci qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabı bərabərləşdiriblər - 1:1.

10-cu dəqiqədə Arda Güler fərqlənib.

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ilk qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda geri düşüblər - 0:1.

Oston Trasti 3-cü dəqiqədə adını tabloya yazdırıb.

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyunu başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, D qrupunun III turunun matçı Los-Anceles stadionunda keçirilir.

Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.

Oxşar xəbərlər

DÇ-2026: Türkiyə - ABŞ matçında hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
DÇ-2026: Braziliya Haiti millisinə qalib gəlib - YENİLƏNİB-6
DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü olub - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər