ABŞ zəlzələdən zərər çəkən Venesuelaya hərbi gəmilər və təyyarələr göndərib
sizinxeber.az xəbər saytı

ABŞ zəlzələdən zərər çəkən Venesuelaya hərbi gəmilər və təyyarələr göndərib


ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı dağıdıcı zəlzələdən sonra yardım işlərinə kömək etmək üçün Venesuelaya hərbi gəmilər və nəqliyyat təyyarələri göndərib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı açıqlama verib.

Komandanlığın məlumatına görə, "USS Fort Lauderdale" amfibiya nəqliyyat gəmisi və "USS Billings" sahil döyüş gəmisi humanitar əməliyyatda iştirak edir. Həmçinin "C-17 Globemaster" və "C-130 Hercules" hərbi nəqliyyat təyyarələri, kəşfiyyat platformaları və helikopterlər də humanitar yardımda iştirak edəcək.

Qeyd olunur ki, bu qüvvələr ABŞ hökumətinin işçilərinə, axtarış-xilasetmə qruplarına və zərərin qiymətləndirilməsi, qurbanların axtarışı və yardım işlərində iştirak edən Amerikanın digər qurumlarına nəqliyyat dəstəyi verəcək.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb. Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodrigesin sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.

Oxşar xəbərlər

Tramp zəlzələdən sonra ABŞ-nin Venesuelaya kömək etməyə hazır olduğunu bildirib
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırması üçün 150 milyon dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188 nəfərə çatıb - YENİLƏNİB
İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb
İsrailin Beyruta endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər