Rusiya FTX: Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib
Ən böyük beynəlxalq terror şəbəkəsi icmasının Dağıstanda saxlanılan idarəedicisi Rusiyanın 10 regionunda 15 terror aktının təşkilində iştirak edib.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
"Saxlanılan şəxsin Rusiyanın 10 regionunda ən azı 15 terror hadisəsinin təşkilində iştirakı təsdiqlənib. Bütün icraçılar saxlanılıb, onların barəsində prosessual qərarlar qəbul edilib", - FTX-dən qeyd edilib.
Saxlanılan şəxs terror şəbəkəsi icmasına cəlb olunmuş radikallara terror aktlarının və kütləvi qətllərin törədilməsi taktikasını öyrədib, əldəqayırma partlayıcı qurğuların hazırlanması və s. ilə bağlı təlimatlarla təmin edib.
Həmçinin bildirilib ki, dağıstanlı yeniyetmənin administratoru olduğu terror şəbəkəsi icması və onun Ukraynadan olan kuratorları ABŞ və Avropa ölkələrində avtomobillərdə və kilsədə yanğınlar təşkil edib, bu terror aktlarını Ukraynanın xüsusi xidmət orqanlarının agentləri koordinasiya ediblər. 2025-2026-cı illərdə ABŞ-nin müxtəlif şəhərlərində və Avropa ölkələrində icma iştirakçıları tərəfindən 20-dən çox mülki avtomobil, xristian kilsəsi yandırılıb və ziyan vurulub.
Bundan başqa, onlar təhsil müəssisələrinin və sosial obyektlərin minalanması barədə yalan mesajlar göndəriblər.
Oxşar xəbərlər
Rusiya FTX Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb
Rusiya FTX: Bu il ölkədə 110 terror aktının qarşısı alınıb
Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub
"Le Monde": Luvrda terror aktı planlaşdıran şəxs saxlanılıb
Moskvada müdafiə müəssisəsinin rəhbərinə qarşı terror aktının qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
