Meksika zəlzələdən sonra Venesuelaya xilasedicilər və humanitar yardım göndərib
sizinxeber.az xəbər saytı

Meksika zəlzələdən sonra Venesuelaya xilasedicilər və humanitar yardım göndərib


Meksika hakimiyyəti, Prezident Klaudiya Şeynbaumun göstərişi ilə, dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək üçün Venesuelaya xilasedicilər və humanitar yardım daşıyan iki təyyarə göndərib.

"Report"un məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyinin birgə bəyanatında bildirilib.

Missiyaya tibb işçiləri, axtarış-xilasetmə mütəxəssisləri və dağıntılar altında insanları axtarmaq üçün xüsusi təlim keçmiş 18 it daxil olmaqla 261 hərbi qulluqçu daxildir.

Təyyarələr Venesuelaya 4,4 ton alət, avadanlıq, eləcə də 2,7 ton tibbi ləvazimat çatdıracaq.

Bundan əlavə, yaxın saatlarda Santa-Lusiya aviabazasından əlavə 8 ton tibbi ləvazimat və 4 ton xilasetmə avadanlığı daşıyan "C-130 Hercules" hərbi nəqliyyat təyyarəsinin yola düşməsi planlaşdırılır.

Meksika hökuməti qeyd edib ki, mütəxəssislərin gəlişindən və vəziyyətin qiymətləndirilməsindən sonra hökumət humanitar kontingentinin artırılması zərurəti barədə Venesuela hakimiyyəti ilə birgə qərar veriləcək.

Oxşar xəbərlər

ABŞ zəlzələdən zərər çəkən Venesuelaya hərbi gəmilər və təyyarələr göndərib
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırması üçün 150 milyon dollar ayıracaq
ABŞ, Qəzza əməliyyatı başlanan gündən İsrailə 50 min tondan çox hərbi yardım göndərib
Meksikalı xilasedicilər Kaliforniyadakı meşə yanğınlarını söndürəcəklər
Meksika və Braziliya liderləri Kuba ilə bağlı ABŞ-yə çağırış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər