Şahmar Hacıyev: "BOEM Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın yeni mərhələsidir"
Bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərdə yeni mərhələdir.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş elmi işçisi Şahmar Hacıyev Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcək.
Ş.Hacıyev Şərqi Avropa ölkələrinə “yaşıl enerji”nin tədarükünü təmin edəcək Mərkəzi Asiya - Azərbaycan - Avropa “yaşıl dəhliz” layihəsinin əhəmiyyətini də vurğulayıb.
“Bundan başqa, ölkələr qarşılıqlı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir. Bu gün Bakı və Daşkənd avtomobil tikintisi, elektrotexnika, energetika sahələrində birgə layihələr həyata keçirir. Əminəm ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və biz bu səfərdən sonra əməkdaşlığımızı yeni səviyyəyə qaldıracağıq”, - o əlavə edib.
Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Oxşar xəbərlər
Fərhad Məmmədov: Bakı və Daşkənd çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edir
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Bakı Analitik Mərkəzinin direktoru: Özbəkistanla əməkdaşlığın inkişafı Azərbaycan üçün geniş imkanlar açacaq
Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













