Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
Venesuelada baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb, xəsarət alanların sayı isə 4 300 nəfərə qədər artıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "teleSURtv" Venesuelanın səhiyyə naziri Karlos Alvaradonun bəyanatına istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, 157 nəfər itkin düşüb, 200 nəfər dağıntılar altında qalıb və 2 927-dən çox ailə zərər çəkib.
Bundan başqa, infrastruktura ciddi ziyan dəyib: 250 bina və 8 xəstəxana zədələnib.
Dağıntıların episentri 100-dən çox binanın çökdüyü və xilasetmə işlərinin aparılması üçün 11 500 təhlükəsizlik xidməti əməkdaşının yerləşdiriləcəyi La-Quayradadır.
Salvador və Dominikan Respublikası artıq yardım briqadaları göndərib, Birləşmiş Ştatlar isə xüsusi əməliyyatların həyata keçirilməsinə icazə verərək onları qüvvədə olan sanksiyalardan azad edib və humanitar təşkilatlar vasitəsilə 150 milyon dollar ayırıb.
Paytaxtda əsas hava limanındakı problemlər səbəbindən hava əlaqəsinin pozulması "Iberia" və "Air Europa" aviaşirkətlərinin reyslərinin ləğv edilməsinə gətirib çıxarıb.
Oxşar xəbərlər
Venesuelada zəlzələ qurbanlarının sayı 188 nəfərə çatıb - YENİLƏNİB
Venesuelada zəlzələ qurbanlarının sayı 164 nəfərə çatıb
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Filippinin cənubunda zəlzələ qurbanlarının sayı 41 nəfərə çatıb – YENİLƏNİB
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
