"Sabah"ın futbolçusu: "Bizi Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir"
sizinxeber.az xəbər saytı

"Sabah"ın futbolçusu: "Bizi Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir"


"Sabah"ı Azərbaycan Kubokunun finalında böyük oyun gözləyir.

"Sizinxeber.az"un məlumatına görə, bunu "Sabah"ın futbolçusu Pavol Şafranko mətbuat konfransında deyib.

O, "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Hər iki kollektiv üçün vacib matçdır. Titula sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün söz verirəm".

Şafranko Azərbaycan Kubokunun qalibi olmaq istədiyini sözlərinə əlavə edib:

"Hər titul önəmlidir. Azərbaycan Kubokunu qazandığım digər titullardan üstün tutmuram".

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər

Bəhlul Mustafazadə: "Sabah" yaxşı təşkilatlanmış rəqibdir"
Vasili Berezutski: "Azərbaycan Kubokunun final matçı maraqlı olacaq"
Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 finalında daha iki oyun baş tutacaq
Samir Abasov: Sabah bizi ağır oyun gözləyir
Futbol üzrə Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər