İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
sizinxeber.az xəbər saytı

İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib


İsrail Müdafiə Ordusu Beyrutun cənubunda Livan ərazisinə zərbə endirdiyini bəyan edib.

"Sizinxeber.az" "The Times of Israel"ə istinadən xəbər verir ki, zərbə Əş-Şuveyfat rayonuna endirilib.

Təhlükəsizlik xidmətlərindəki mənbə İsrail zərbəsinin hədəfinin "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn" diviziyasının raket bölməsinin rəhbəri Əli əl-Hüsni ola biləcəyini bildirib.

Hazırda onun hücum nəticəsində ölüb-ölmədiyi məlum deyil. İsrail Müdafiə Ordusu sonradan əlavə məlumat verəcəklərini bildirib.

Oxşar xəbərlər

"Hizbullah" Livanda İsrail qüvvələrinə raket zərbəsi endirib
İsrail ordusu Beyrut ətrafındakı “Hizbullah” obyektlərinə zərbələr endirdiyini bildirib
İsrail ordusu Livanın cənubunda "Hizbullah" mövqelərinə zərbələr endirib
İsrail HHQ “Hizbullah”ın mövqelərinə zərbə endirdiyini açıqlayıb
İsrail ordusu "Hizbullah" üzvünü məhv etmək üçün Livana zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər