Nazir: İdxal etdiyimiz aqrar məhsulların 25%-ni tam əvəzləyə bilərik
sizinxeber.az xəbər saytı

Nazir: İdxal etdiyimiz aqrar məhsulların 25%-ni tam əvəzləyə bilərik


İdxal strukturu üzrə 2025-ci ildə aparılmış təhlil göstərib ki, idxal etdiyimiz məhsulların 25%-i Azərbaycanda tam əvəzləmək potensialı var.

"APA-Economics" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O qeyd edib ki, biz bunların ölkədə 100% istehsalına və idxalın əvəzlənməsinə nail ola bilərik:

"Məhsulların təxminən 50%-də isə qismən əvəzetmə imkanlarımız var. Burada yerli istehsal mövcud olacaq, amma müəyyən qədər idxaldan asılılıq da qalacaq. Biz 25% məhsulu isə daim idxal edəcəyik. Bunlar soya, palma yağı, banan kakao və qəhvə kimi məhsullardır.

Nazir vurğulayıb ki, son beş ildə ölkədə nominal ifadədə aqrar sektora dövlət dəstəyi artıb:

"Lakin çıxışınızda qeyd etdiyiniz kimi, dünyada baş verən hadisələr və logistik zəncirlərdəki qırılmalar istehsal vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb ki, bu da nominal olaraq artan dövlət dəstəyinin real ifadədə azalmasına səbəb olub. Dövlət dəstəyi mexanizmlərində son illərə qədər vəsaitin əsas hissəsi bitkiçiliyə yönəldilib, bunun 74%-i bitkiçiliyin, 20%-i texnika dəstəyinin, cəmi 6%-i isə heyvandarlığın payına düşüb. Eyni zamanda, bu günə qədər dövlət dəstəyi əsasən sosialyönümlü xarakter daşıyıb. Bu dəstək regionların inkişafına, məşğulluğun artırılmasına və ərzaq təhlükəsizliyinin təmininə istiqamətlənib. Bununla yanaşı, dövlət dəstəyi məhsuldarlığın, fermer gəlirlərinin, aqrar emalın və ixracın artırılmasına da xidmət edir və bundan sonra bu istiqamət daha da gücləndirilməlidir".

Oxşar xəbərlər

Nazir: "İdxal edilən məhsulların 25 %-ni Azərbaycanda tam əvəzləmək potensialı var"
Nazir: İqlim dəyişikliklərinin aqrar sahəyə təsiri həddən çoxdur
Ötən il Azərbaycana 65 min tona yaxın palma yağı idxal edilib
İlham Əliyev: Azərbaycan özünü mal əti ilə 84 % təmin edir
ABŞ-nin kənd təsərrüfatı naziri: Azərbaycanla yaxşı tərəfdaş ola bilərik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər