Bakıda və bölgələrdə külək güclənəcək
sizinxeber.az xəbər saytı

Bakıda və bölgələrdə külək güclənəcək


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə mayın 29-30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Göyçay, Ağdaş, Ucar, Zərdab, Göygöl, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Lerik, Yardımlı, Qobustan, Quba, Qusar, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Oxşar xəbərlər

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Qarşıdakı günlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeronda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər