Samir Abasov: Sabah bizi ağır oyun gözləyir
Sabah" bizi ağır oyun gözləyir.
"Report" xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstan klubu "Fehervar"la qarşılaşacaq "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Mütəxəssis oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib:
"Öz meydançamızda oynayırıq. Ajiotaj gözləyirəm. İnanıram ki, azarkeşlər tribunaları dolduracaq. İnşallah sabah ümidləri doğrultmaq üçün meydançaya çıxacağıq. Baxmayaraq ki, ilk oyundur. İnanıram ki, bizi maraqlı matç gözləyir".
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.
Oxşar xəbərlər
Samir Abasov: "Sabah bizi ağır oyun gözləyir"
Konfrans Liqası: “Sumqayıt” – “Fehervar” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib
Konfrans Liqası: "Sumqayıt"ın rəqibinin oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib
Macarıstan klubu "Sumqayıt"la oyun üçün Bakıya 50 azarkeş gətirəcək
"Sumqayıt" - "Fehervar" matçına 3300 bilet satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













