Vasili Berezutski: "Azərbaycan Kubokunun final matçı maraqlı olacaq"
Azərbaycan Kubokunun final matçı maraqlı olacaq.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Sabah" ilk dəfə finala vəsiqə qazanıb. Ya məğlub olmalısan, ya da qalib gəlməlisən. Bizi gərgin qarşılaşma gözləyir".
Baş məşqçi bir aydır ki, bu oyuna hazırlaşdıqlarını söyləyib. O, paytaxt təmsilçisindəki taleyi ilə bağlı da danışıb:
"Söz-söhbətlər bizə təsir etmir. Hamımız kubokun finalına köklənmişik. Mətbuatı oxumuram, yazılan informasiyalar mənə təsir etmir. Final matçını gözləyək. Sonra danışa bilərik".
Berezutski finaldakı şanslardan söz açıb:
"Futbolçu və məşqçi kimi hər zaman qələbə üçün əlimdən gələni etmişəm. Qalib gəlmək üçün mübarizə aparmalı və döyüşməliyik. "Qarabağ" bu oyuna motivasiyalı çıxacaq. Şanslar bərabərdir. Rəqib favorit sayılır. Amma güllə açılmamış yıxılmaq lazım deyil".
Mütəxəssis hansı futbolçulara şans verəcəyini açıqlamayıb:
"20 futbolçu ilə matça hazırlaşırıq. Zədəsini sağaldan Amin Seydiyev və Coy Lens Mikels "23-lük"də olacaq".
Baş məşqçi növbəti mövsümlə bağlı planlarının hələlik bəlli olmadığını vurğulayıb:
"Oyunumuza iki gün qalıb. Bu matça köklənmişik. Gələcəkdə nələr baş verəcəyini deyə bilmərik".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Oxşar xəbərlər
Vasili Berezutski: "Ümid edirəm ki, nə vaxtsa "Sumqayıt"a qol vura biləcəyik"
Vasili Berezutski: "Qapıçımız penalti zərbələrinə hazır idi, oyunçularımız yox"
Vasili Berezutski: "Qapıçılarımız penalti zərbələrinə hazır idilər, oyunçularımız yox"
Vasili Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub
Vasili Berezutski: "Təəssüf ki, üstünlüyümüzü hesabda əks etdirə bilmədik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
