Azərbaycanın yelkən komandası Türkiyədə reqatada iştirak edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın yelkən komandası Türkiyədə reqatada iştirak edəcək


Azərbaycanın yelkən komandası iyunun 4-dən 6-dək Türkiyənin Urla şəhərində "Pro Sailing Optimist Cup" beynəlxalq reqatasında mübarizə aparacaq.

Bu barədə "Report"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Komanda yarışda 5 idmançı ilə təmsil olunacaq.

Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova reqatada mükafatçılar sırasında yer almağa çalışacaqlar.

Komandanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panayotis Papadakisdir.

Qeyd edək ki, yelkənçilər mayın 30-dan etibarən Urla şəhərində yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayacaqlar.

Oxşar xəbərlər

Azərbaycanın yelkən komandası Türkiyədə reqatasında iştirak edəcək
Azərbaycanı Sloveniyada keçiriləcək beynəlxalq yarışda təmsil edəcək yelkənçilər müəyyənləşib
Yeddi azərbaycanlı idmançı Türkiyədə beynəlxalq reqatada mübarizə aparacaq
Azərbaycan yelkənçiləri Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər