Havanın temperaturu enəcək, yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

Havanın temperaturu enəcək, yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 29-da bəzi yerlərdə yağıntının güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Oxşar xəbərlər

Havanın temperaturu enəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Rayonlarda mayın ikinci ongünlüyünün sonunadək qeyri-sabit hava gözlənilir - XƏBƏRDARLIQ
Sabah yağış yağacaq - XƏBƏRDARLIQ
Yağış yağacaq, temperatur düşəcək - XƏBƏRDARLIQ
Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq - XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər