Qazaxıstan, Azərbaycan və Türkiyə könüllülük hərəkatını inkişaf etdirir
Qazaxıstanın Azərbaycandakı səfirliyində “Azərbaycan, Qazaxıstan və Türkiyənin inkişafında qadın könüllülərin töhfəsi” mövzusunda beynəlxalq forum keçirilib.
Sizinxeber.az xəbər verir ki, Qazaxıstan səfiri Alim Bayel forumun Azərbaycan Respublikasının Müstəqillik Günü və Könüllülər İlinə həsr olunduğunu vurğulayıb.
O, 2026-cı ilin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə BMT tərəfindən Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli elan edildiyini qeyd edib.
Bayel həmçinin, qazax cəmiyyətində müasir könüllülük qədim qarşılıqlı yardım ənənəsi olan “Asar”dan qaynaqlandığını bildirib.
Meksikanın Azərbaycandakı Səfiri Maria Viktoriya Romero Kabalyero forumda təmsil olunan ölkələrdə qadın könüllülüyünün işıqlandırılması təşəbbüslərinə dəstəyini ifadə edib.
Tədbir çərçivəsində Qazaxıstan, Azərbaycan, Türkiyə, Moldova və ABŞ-dan olan nümayəndələr müasir cəmiyyətdə qadın könüllülərin rolunu əks etdirən təqdimatlarla çıxış ediblər.
Forumun yekununda iştirakçılar qadın vətəndaş təşəbbüslərinin təşviqi və Türk dünyasında birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Qazaxıstan, Azərbaycan və Türkiyə könüllülük hərəkatını inkişaf etdirir
Səfir: Qazaxıstan COP29 tədbirində fəal iştirak edəcək
Səfir: Qazaxıstan və Azərbaycanın aidiyyəti qurumları aviaqəzanın səbəblərinin araşdırılması üçün birgə lazımi tədbirlər görür
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub, sənədlər imzalanıb
Baş nazir Qazaxıstanın Azərbaycandakı səfirliyində olub, matəm kitabına ürək sözlərini yazıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
