Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
sizinxeber.az xəbər saytı

Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib


Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu qurultay keçiriləcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

"Qurultay keçirəcəyik, dostlar", - o deyib və əlavə edib ki, bunun üçün qurultayın qanuni zəmində keçirilməsi lazımdır.

CHP-nin sədri jurnalistlərə hazırda müəyyən prosesin başladığını açıqlayıb: "Bu prosesin sağlam bir zəmində irəliləməsi lazımdır. Partiyanın birliyinin, bütövlüyünün qorunması, birlikdə mübarizə aparılması, mövcud problemlərə qarşı sağlam həllər irəli sürmək hamımızın ortaq vəzifəsidir. Bunu etmək məcburiyyətindəyik".

Kılıçdaroğlu CHP-nin Parlament Qrupunun sədri seçilən Özgür Özel barədə suallara da cavab verib: "Hər şeyin qanuni zəmində edilməsi lazımdır.

Qrup sədrlərinin, müavinlərin seçilməsi, qurultayların keçirilməsi, qurultaylarda deleqatların, partiya məclisinin seçilməsi, bütün bunların hüquqi zəmində edilməsi vacibdir. Buna diqqət göstəririk."

Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.

Oxşar xəbərlər

Türkiyənin ana müxalifət partiyasının son qurultayının nəticələri ləğv edilib, Kılıçdaroğlu yenidən sədr olub
Özgür Özel CHP Qrup sədri seçilib
CXP rəhbərliyin dəyişdirilməsinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər