Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
21:47
0
0
1 419
ff aaaaaaa

Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov

27 may, 2026
21:47
1 419

Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov

Hazırkı sammitin Ermənistanın taleyini həll edəcəyini demək mümkün deyil. İrəvan Aİİ tədbirlərində iştirak etməyə davam edəcək.

Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin Ermənistanın taleyinin qarşıdan gələn sammitdə həll olunub-olunmayacağı ilə bağlı sualına cavab verərkən deyib.

“Xeyr, qətiyyən yox. Bu, səhvdir. Ermənistan Aİİ-də qalır. İşçi səviyyəsində iştirak edəcək, hər halda tədbirə qatılacaq. Ölkənin ali rəhbərliyi hazırda seçki kampaniyası ilə məşğuldur. Bu, başadüşüləndir”, - o bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderlərinin mayın 28-29-da Astanada keçiriləcək görüşündə iştirak etməyəcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul