Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
00:00
0
0
1 335
ff aaaaaaa

Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

28 may, 2026
00:00
1 335

Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin rəmzi olan abidələrdən biri - Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə Tbilisidə Azərbaycan bayrağının rənglərinə bürünmüş işıq şousu təşkil olunub.

Şəhərin memarlıq simvollarından biri olan Sülh körpüsü Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri ilə işıqlandırılıb.

Aksiya Azərbaycanın milli bayramına dost Gürcüstanın diqqət və ehtiramının göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə simvolik abidələrin işıqlandırılması artıq bir neçə ildir ənənəyə çevrilib və yerli ictimaiyyət tərəfindən müsbət qarşılanır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul