İngiltərə Premyer Liqasının 4 klubu vergidən yayınmaqda şübhəli bilinir
sizinxeber.az xəbər saytı

İngiltərə Premyer Liqasının 4 klubu vergidən yayınmaqda şübhəli bilinir


İngiltərə Premyer Liqasının 4 klubu vergidən yayınmaqda şübhəli bilinir.

“Sizinxeber.az” “The Times”ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Gəlir və Gömrük İdarəsi (HMRC) vergidən yayınmaqda şübhəli bilinən 33 idman klubunun araşdırılmasına başlayıb.

Şübhəlilər arasında Premyer Liqa təmsilçilərindən “Çelsi”, “Fulhem”, “Nottinqem Forest” və “Brentford”un da adı yer alıb.

HMRC klubların elm və texnologiya sahəsində, tədqiqat və inkişafı dəstəkləmək üçün nəzərdə tutulan qrantlarla bağlı müraciət sxemindən düzgün yararlanmadıqlarını iddia edib. Qaydalara görə, qrant üçün elm və texnologiyada sıçrayış əldə etmiş və buna çalışan təşkilatlar müraciət edə bilər. Lakin idarənin məlumatına görə, 2019-cu ildən idman təşkilatları bu yolla dövlət büdcəsindən 17,4 milyon funt-sterlinq mənimsəyiblər.

“Çelsi” 2020-2024-cü illərdə vergi orqanından tədqiqat və inkişaf fəaliyyətləri üçün ödənişlər də daxil olmaqla təxminən 3 milyon funt sterlinq aldığı bildirilib.

Həmçinin “Nottinqem Forest” 2021-2022-ci illərdə 607 min, “Fulhem” isə 2019-2024-cü illərdə 758 min funt-sterlinq alıb.

Bundan əlavə, bəzi klubların vergi güzəştləri üzrə ixtisaslaşmış konsaltinq firmalarının köməyi ilə fəaliyyət göstərdiyi bildirilib.

Oxşar xəbərlər

"Çelsi" klubu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb
"Çelsi" və "Arsenal"ın sabiq futbolçusu Premyer Liqa klubu ilə anlaşıb
Məşhur italiyalı futbolçu vergidən yayınmaqda ittiham olunur
İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünə yekun vurulub
Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər