Agentlik: Zəngilanın Baş Planı iqlimə uyğun şəkildə hazırlanır
sizinxeber.az xəbər saytı

Agentlik: Zəngilanın Baş Planı iqlimə uyğun şəkildə hazırlanır


"Zəngilanın Baş Planı iqlimə uyğun şəkildə hazırlanır".

Sizinxeber.az xəbər verir ki, bunu Şəhərsalma və Planlaşdırma Agentliyinin təsisçi tərəfdaşı Dunja Kovacic Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “BBB Publication (TBC)” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Qeyd edilib ki, Zəngilanın Baş Planının əsas ideyası ondan ibarətdir ki, artıq üç onillik ərzində formalaşaraq böyümüş ağaclar şəhərin təbii strukturunun əsas hissəsinə çevrilsin və tikilmiş mühit təbiətin içinə inteqrasiya olunsun: "Bu səbəbdən Zəngilanda mövcud ağac örtüyünün böyük hissəsi qoruma altına alınıb. Şəhər planlamasının əsas prinsiplərindən biri “soyuq hava dəhlizləri” üzərində qurulub. Bu yanaşma həm ekoloji tarazlığın qorunmasına, həm də şəhər mühitinin iqlim baxımından daha dayanıqlı olmasına xidmət edir".

O vurğulayıb ki, bu irs üzərində qurularaq və kontekstual şəhər regenerasiyası yanaşması tətbiq edilməklə işlər davam etdirilir: "Qarabağ və Şərqi Zəngəzur bölgəsinin böyük hissəsi dağlıq ərazidə yerləşdiyindən, bu amil planlaşdırmada əsas determinantlardan birinə çevrilib".

Oxşar xəbərlər

Anar Quliyev: 79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir
WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı xüsusi təqdimatlar olacaq
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
Nazir müavini: FHN genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir
Prezidentin xüsusi nümayəndəsi: Şuşanı daha yaxşı inkişaf etdirmək üçün yeni standartlar hazırlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər