İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünə yekun vurulub
sizinxeber.az xəbər saytı

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünə yekun vurulub


Futbol üzrə İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün yekun – 38-ci turu baş tutub.

"Report" xəbər verir ki, sonuncu həftənin bütün qarşılaşmaları 19:00-da start götürüb.

Vaxtından əvvəl çempionluğunu elan etmiş "Liverpul" "Kristal Pelas"la heç-heçəyə razılaşıb. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Nottinhem Forest" və "Çelsi"nin matçında "zadəganlar" üstün olublar, "meşəçilər" isə növbəti mövsümü Konfrans Liqasında keçirəcəklər. Bundan başqa, növbəti mövsümü Avropanın ali klub turnirində çıxış etmək niyyətində olan "Aston Villa" səfərdə liqanın aşağı hissəsində qərarlaşan "Mançester Yunayted"ə məğlub olaraq Avropa Liqasına vəsiqə qazanmaqla kifayətlənib. "Mançester Siti" isə "Fulhem" üzərində inamlı qələbə qazanıb.

"Tottenhem" 1:3 "Brayton"

"Sauthempton" 1:2 "Arsenal"

"Nottinhem Forest" 0:1 "Çelsi"

"Nyukasl" 0:1 "Everton"

"Mançester Yunayted" 2:0 "Aston Villa"

"Liverpul" 1:1 Kristal Palas"

"İpsviç" 1:3 "Vest Hem"

"Fulhem" 0:2 "Mançester Siti"

"Bornmut" 2:0 "Lester"

"Vulverhempton" 1:1 "Brentford"

Turnir cədvəli:

1. "Liverpul" – 84 xal

2. "Arsenal"– 74 xal

3. "Mançester Siti"– 71 xal

4. "Çelsi"– 69 xal

5. "Nyukasl" – 66 xal

6. "Aston Villa" – 66 xal

7. "Nottinhem Forest"– 65 xal

8. "Brayton" – 61 xal

9. "Bornmut" – 56 xal

10. "Brentford"– 56 xal

11. "Fulhem" – 54 xal

12. "Kristal Palas" – 53 xal

13. "Everton"– 48 xal

14. "Vest Hem"– 43 xal

15. "Mançester Yunayted "– 42 xal

16. "Vulverhempton" – 42 xal

17. "Tottenhem "– 38 xal

18. "Lester" – 25 xal

19. "İpsviç" – 22 xal

20. "Sauthempton" – 12 xal

Oxşar xəbərlər

İngiltərə Premyer Liqası: “Nyukasl” ”Mançester Yunayted”i darmadağın edib, “Çelsi” isə autsayderlə bacarmayıb
İngiltərə Premyer Liqası: “Nyukasl” “Mançester Yunayted”i darmadağın edib, “Çelsi” isə autsayderlə bacarmayıb
İngiltərə Premyer Liqasında XXI əsrin ən yaxşı məşqçilərinin reytinqi tərtib olunub
İngiltərə Premyer Liqası: “Mançester Siti” 3-cü pilləyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər