Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib
"Mançester Siti" klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib.
"Report" xəbər verir ki, bu barədə "FourFourTwo" portalı öz versiyasını açıqlayıb.
Səsvermənin nəticələrinə görə, ikinci pillədə "Liverpul"un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard qərarlaşıb. İngiltərə futbolunun digər məşhur siması, "Çelsi", "Vest Hem" və "Mançester Siti" kimi klubların formasını geyinmiş Frenk Lempard ilk "3-lüy"ü qapayıb.
Siyahıda həmçinin Pol Skoulz ("Mançester Yunayted"), Patrik Vieyra ("Arsenal", "Mançester Siti"), Roy Kin ("Mançester Yunayted", "Nottinqem Forest"), Rodri ("Mançester Siti"), Sesk Fabreqas ("Arsenal", "Çelsi"), Yaya Ture ("Mançester Siti") və David Silva ("Mançester Siti") yer alıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 16-da start verilib.
Oxşar xəbərlər
İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçisi müəyyənləşib
"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
