Türkiyə Şimali Kiprə 453 milyon dollardan çox maliyyə yardımı ayırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2026
05:00
0
0
1 090
ff aaaaaaa

Türkiyə Şimali Kiprə 453 milyon dollardan çox maliyyə yardımı ayırıb

22 may, 2026
05:00
1 090

Türkiyə Şimali Kiprə 453 milyon dollardan çox maliyyə yardımı ayırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprlə imzalanmış 2026-cı il üzrə iqtisadi və maliyyə yardımı haqqında anlaşmanı təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə qərar "Resmi Gazete"də yayımlanıb.

Qərara əsasən, Türkiyə Şimali Kiprə 20 milyard 700 milyon lirə (təxminən 453 milyon 194 min dollar) maliyyə yardımı ayırıb. Bu yardımın böyük hissəsi müdafiə və infrastruktur sahələri üçün nəzərdə tutulub.

Anlaşmaya görə, Şimali Kiprə 2 milyard 300 milyon lirə (təxminən 50 milyon 355 min dollar) kredit də veriləcək.

İki ölkə arasında sözügedən anlaşma aprelin 10-da imzalanıb.

Qeyd edək ki, 2025-ci ildə Türkiyə Şimali Kiprə 19 milyard lirə maliyyə yardımı etmişdi.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul