Rusiya və Belarus güləşçilərinin beynəlxalq yarışlarda öz bayraqları və himnləri altında çıxış etməsinə icazə verilib
sizinxeber.az xəbər saytı

Rusiya və Belarus güləşçilərinin beynəlxalq yarışlarda öz bayraqları və himnləri altında çıxış etməsinə icazə verilib


Rusiya və Belarus güləşçilərinin beynəlxalq yarışlarda öz bayraqları və himnləri altında çıxış etməsinə icazə verilib.

Apasport.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev özünün "Teleqram" kanalında məlumat yayıb.

O, bildirib ki, Birləşmiş Dünya Güləşi Federasiyası (UWW) Rusiya idmançılarının bütün yaş kateqoriyalarında heç bir məhdudiyyət olmadan beynəlxalq yarışlarda iştirak etməsinə icazə vermək qərarına gəlib. Güləşçilər milli komandanın tərkibində dövlət bayrağı və himni altında yarışa biləcəklər.

Rusiya güləşçiləri protokollarda "RUS", Belarus güləşçiləri isə "BLR" qısaltmaları ilə fərqləndiriləcəklər. Qızıl medallar qazanılarsa, mükafatlandırma mərasimlərində müvafiq ölkələrin dövlət himnləri səsləndiriləcək.

Qeyd edək ki, 2022-ci ilin fevral ayının sonlarında Beynəlxalq Olimpiya Komitəsi federasiyalara Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırmağı tövsiyə edib.

Oxşar xəbərlər

"World Aquatics" Rusiya və Belarusa qarşı sanksiyaları ləğv edib
Lavrov: NATO qoşunlarının Ukraynaya yeridilməsi Rusiya üçün qəbuledilməzdir
Belarus MN Kurska qoşun göndərilməsi ilə bağlı məlumatı təkzib edib
Putinlə Lukaşenko Kremldə danışıqlar aparıblar
FHN-in əməkdaşı dünya çempionatında yüksək nəticə göstərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər