Zakir Həsənov Gürcüstan Baş naziri ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zakir Həsənov Gürcüstan Baş naziri ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB


Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

***

10.05

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Gürcüstanla Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.

Tərəflər regionda sülh və sabitliyin vacibliyinə xüsusi diqqət yönəldiblər.

Görüşdə Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq müzakirə olunub
Müdafiə nazirləri Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının vəziyyətini müzakirə edib
Kobaxidze İtaliyaya səfər edib
Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb
Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər