İsveçrə ordusu dron təhlükəsinə qarşı müdafiəni gücləndirir
sizinxeber.az xəbər saytı

İsveçrə ordusu dron təhlükəsinə qarşı müdafiəni gücləndirir


İsveçrə ordusu hibrid təhdidlərin artması fonunda pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin alınmasını sürətləndirir.

"Bloomberg"in məlumatına görə, bu barədə İsveçrə Baş Qərargah rəisi, general-leytenant Benedikt Roos İsveçrə İqtisadi Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, son dövrlərdə həm mülki, həm də hərbi obyektlərin üzərində hava məkanının pozulması hallarının sayı artıb.

Roos qeyd edib ki, yeni antidron sistemləri ilk dəfə iyunun ortalarında Fransada keçiriləcək G7 sammitinin təhlükəsizliyinin təmin olunması zamanı real şəraitdə sınaqdan keçiriləcək.

“Ordunun müdafiəsini təmin etmək üçün bu sistemləri mümkün qədər tez əldə etməliyik”, – deyə o vurğulayıb.

Oxşar xəbərlər

İsveç Polşaya “Gripen” qırıcıları göndərəcək
Niderland Polşaya HHM sistemləri göndərərək bu ölkədə hərbi kontingent yerləşdirəcək
İsveç Ukraynaya böyük yardım paketi ayırıb
Avropa Liqası: "Yunayted” “Rencers”ə, “Latsio” “Sosyedad”a qarşı
Moskva yenidən kütləvi dron hücumuna məruz qalıb: 44 PUA vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər