Alparslan Bayraktar: Enerji sektorunda etibarlı tənzimləyici çərçivələr formalaşdırmalıyıq
sizinxeber.az xəbər saytı

Alparslan Bayraktar: Enerji sektorunda etibarlı tənzimləyici çərçivələr formalaşdırmalıyıq


Asiyanın Regionun böyük bərpa olunan enerji potensialının reallaşdırılması enerji keçidi hədəflərinə nail olmaq üçün son dərəcə vacibdir. Bunun üçün nəhəng həcmdə investisiyalara ehtiyac var.

"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, lakin bu investisiyaların həyata keçirilməsi üçün əsas və həlledici amillərdən biri maliyyələşdirmənin təmin edilməsidir.

"İnvestisiyaları səfərbər etmək üçün enerji infrastrukturunu gücləndirməli və proqnozlaşdırıla bilən, etibarlı tənzimləyici çərçivələr formalaşdırmalıyıq", - nazir qeyd edib.

O vurğulayıb ki, Türkiyə enerji keçidi prosesinin sadəcə müşahidəçisi deyil. Ölkə yeni enerji memarlığını fəal şəkildə qurur.

"Bu ilin mart ayına olan məlumata görə, Türkiyənin ümumi quraşdırılmış enerji gücü 125 giqavatı ötüb. Daha əvvəl də qeyd olunduğu kimi, bunun 60%-dən çoxu bərpa olunan enerji mənbələrinin payına düşür", - Alparslan Bayraktar vurğulayıb.

O əlavə edib ki, ölkənin külək və günəş enerjisi sahəsində əldə etdiyi nailiyyətlər düzgün siyasətin nələrə qadir olduğunu açıq şəkildə göstərir. Belə ki, Türkiyədə son iyirmi ildə külək və günəş enerjisi üzrə ümumi quraşdırılmış gücümüz demək olar ki, sıfırdan 41 giqavatdan çox səviyyəyə yüksəlib.

Oxşar xəbərlər

Bayraktar: Türkiyə TANAP-ın elektrik versiyasını yaratmaq niyyətindədir
Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
Alparslan Bayraktar: Qlobal enerji bazarlarında çağırışların öhdəsindən gəlmək üçün iki amilə ehtiyac var
Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
Türkiyə nüvə enerjisinin gücünü artırmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər