Ermənistanda seçicilərin qeyri-qanuni yollarla ələ alınması mexanizmi ifşa edilib
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi seçicilərin ələ alınması üzrə sxeminin üstünü açıb.
"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, qanunazidd fəaliyyətdə sabiq yüksək vəzifəli məmurların əli var.
"Korrupsiyaya qarşı Mübarizə Komitəsi seçicilərin ələ alınması sxemini aşkar edib və onun sonrakı cinayətkar fəaliyyətinin qarşısını alıb. İşin fiqurantları arasında keçmiş yüksək vəzifəli şəxslər, o cümlədən Dövlət Əmlakının İdarəedilməsi üzrə Departamentin rəhbəri vəzifəsində çalışmış Arman Saakyan da var", - qurumun bəyanatında bildirilib.
Komitənin məlumatına görə, dörd nəfər seçkilər zamanı rüşvət vermək və almaqda ittiham olunur. Onlardan ikisi barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Qurumdan vurğulanıb ki, cinayətkar sxemin bütün iştirakçılarının müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunmasına yönəlmiş fəal istintaq və prosessual addımlar davam etdirilir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Oxşar xəbərlər
Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb
Ermənistanda seçkiöncəsi kütləvi həbslər başlayıb
Dövlət Xidmətinin 4 vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB-2
Ermənistanda Karapetyanın tərəfdarlarının quldurluğu faktı üzrə cinayət işi başlayıb
Ermənistanda rüşvətxor məmurlar saxlanılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
