Şamaxıda keçirilən “Bahar turniri”nin qalibləri müəyyənləşib
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Şamaxıda 12 yaşadək qızlar arasında keçirilən “Bahar turniri”nin qalibləri müəyyənləşib.
"Sizinxeber.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil edilən turnirdə 6 komanda mübarizə aparıb.
T.Kərimov adına Göylər kənd 2 saylı tam orta məktəbin komandası turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq Şamaxı Avropa Liseyi və A.Alxanov adına Sabir qəsəbə tam orta məktəb tutub.
Sabir qəsəbə tam orta məktəbin şagirdi Məryəm Mustafayeva 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. Şamaxı Avropa Liseyinin şagirdi Ayan Daşdizadə ən yaxşı oyunçu, Göylər kənd 2 saylı tam orta məktəbin şagirdi Zəhra Quluyeva isə turnirin ən yaxşı qapıçısı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-15 (qızlar) milli komandasının baş məşqçisi Gülənbər Qasımova və U-17 (qızlar) milli komandasının köməkçi məşqçisi Aytac Nemətova təqdim edib.
Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə AFFA U-13 Qızlar liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.
Oxşar xəbərlər
Lənkəranda UEFA-nın dəstəyi ilə turnir keçiriləcək
Futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub
Lənkəranda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək
Çimərlik futbolu üzrə Azərbaycan çempionatları keçirilib
Azərbaycanda daha bir məktəbli qızılcadan öldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
