Çimərlik futbolu üzrə Azərbaycan çempionatları keçirilib
Çimərlik futbolu üzrə 15 yaşadək oğlanlar və 17 yaşadək qızlar arasında Azərbaycan çempionatı keçirilib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səkkiz komandanın iştirak etdiyi U-15 oğlanlar çempionatının finalında “Azart” və “Baku Football Academy” komandaları üz-üzə gəliblər. Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan “Azart” yarışın qalibi olub. Turnirin bürünc mükafatına “Səbail” yiyələnib. Fuad Muradov (BFA) 11 qolla çempionatın bombardiri olub. Sirac Quluzadə (“Səbail”) ən yaxşı qapıçı, Yaqub Səmədov (“Azart”) ən yaxşı oyunçu seçilib.
U-17 qızların mübarizəsində “Sabah” çempion olub. “Baku Sporting” ikinci, “Əhmədli Yunayted” üçüncü yeri tutub. “Sabah”ın hücumçusu Tərgül Qəniyeva 8 qolla ən məhsuldar oyunçu olub. Nərgiz Ağalıyeva (“Baku Sporting”) ən yaxşı qapıçı, Aylin Kərimova (“Sabah”) ən yaxşı futbolçu adına layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın baş məşqçisi Sahib Məmmədov və millinin oyunçuları Orxan Məmmədovla Elçin Qasımov iştirak ediblər. Çimərlik futbolu yarışlarındakı xidmətlərinə görə isə “Qaradağ” komandasının baş məşqçisi Adil Babayev xususi diplomla təltif olunub.
Oxşar xəbərlər
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
