Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
Azərbaycan şəhərlər və yaşayış məskənləri salarkən təhlükəsizliyi xüsusilə diqqətdə saxlayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadınların şəhərsalma və iqlim məsələlərində iştirakı prioritetlərdəndir:
"Azərbaycan bu məsələlərdə dəstək verməyə hazırdır. Əlbəttə ki, beynəlxalq əməkdaşlıq da çox önəmlidir. Qadınlar üçün bərabərliyin təmin olunması istiqamətində çoxsaylı layihələr hazırlana bilər. Bu məsələlərdə əməkdaşlığa hazırıq".
Oxşar xəbərlər
BMT rəsmisi: WUF13-də qadınların mənzil təminatına dair sənədlər qəbul olunacaq
Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib
Bahar Muradova: Azərbaycan regionda lider dövlətdir, bu liderliyin əldə olunmasında qadınların böyük rolu var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
