“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” aksiyası - Foto
“Azərsun Holdinq”də Səhiyyə Nazirliyi Respublika Qan Bankının dəstəyi ilə ənənəvi qanvermə aksiyası keçirilib.
Axar.az xəbər verir ki, könüllülük prinsipi əsasında təşkil olunan bu layihənin məqsədi talassemiya və digər hematoloji xəstəliklərdən əziyyət çəkən şəxslərə həyat vermək, onların müalicəsinə dəstək olmaqdır.
Qanvermə aksiyasında “Azərsun Holdinq”in rəhbərliyi və əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən holdinqin Müşahidə Şurasının sədri Tahir Gözəl bildirib ki, bu layihə cəmiyyət arasında donorluq mədəniyyətinin formalaşmasına, insanlarda sosial məsuliyyət hissinin artırılmasına xidmət edir.
Respublika Qan Bankının icraçı direktorunun müavini Kamran Rəhimov isə “Azərsun Holdinq”ə bu istiqamətdə atılan addımlara, təşkil edilən qanvermə aksiyalarına görə minnətdarlığını qeyd edib.
Toplanan qan Respublika Qan Bankının Klinik Diaqnostik Laboratoriyasında analiz edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə ediləcək. Layihə çərçivəsində ötən illər ərzində “Azərsun” əməkdaşları tərəfindən ümumilikdə 1000 litrdən artıq qan təhvil verilib ki, bu da yüzlərlə insanın həyatının xilas edilməsinə töhfə olub.
Oxşar xəbərlər
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” aksiyası keçirilib
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
ADY-də qanvermə aksiyası keçirildi
Şuşa və Ağdam məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
