Lənkəranda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə Lənkəranda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək.
"Sizinxeber.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları baş tutacaq.
İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə 15-16 mart tarixlərində təşkil ediləcək “Qızlar Futzal Kuboku”nun ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.
Oxşar xəbərlər
Lənkəranda UEFA-nın dəstəyi ilə turnir keçiriləcək
Cüdo üzrə yeniyetmə qızlar arasında ACF Kuboku keçiriləcək
Cüdo üzrə yeniyetmə qızlar arasında ACF Kubokunun III turu keçiriləcək
Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçiriləcək
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











