20
may
2026
20:01
yuxarı
Ukrayna Rusiyada hədəflərini dəqiq seçməlidir - Polşa
Ukrayna Rusiyada hədəflərini dəqiq seçməlidir - Polşa
Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün hədəfləri daha dəqiq seçməlidir.
Sizinxeber.Az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
Onun sözlərinə görə, Ukrayna dronlarının Baltik hava məkanını pozması Rusiya tərəfindən təxribat, təbliğat və hibrid müharibənin gücləndirilməsi üçün istifadə edilə bilər:
“Ukrayna çox diqqətli olmalıdır: taktiki məqsədlərini başa düşməklə yanaşı, NATO ölkələrinin ərazisini də qorumalıdır”.
