Lənkəranda UEFA-nın dəstəyi ilə turnir keçiriləcək
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə martın 16-da Lənkəranda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.
"Sizinxeber.az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Lənkəranın 8 komandası mübarizə aparacaq.
Qrup və final oyunları eyni gündə baş tutacaq. İştirakçılar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.
Oxşar xəbərlər
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
AFFA futzal üzrə ənənəvi “Payız turniri” keçirəcək
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursları keçiriləcək
Sumqayıtda minifutbol turniri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
