"Səbail"in baş məşqçisi: "65 dəqiqə yaxşı oyun nümayiş etdirdik"
65 dəqiqə yaxşı oyun nümayiş etdirdik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Qarabağ"a qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, böyük hesabla məğlub olduqları görüş barədə danışıb:
"Qarabağ"la ardıcıl iki dəfə qarşılaşdıq. 3 gündən sonra bu komanda ilə qarşılaşmaq bizim üçün çətin oldu. Təxminən 65 dəqiqə yaxşı oyun nümayiş etdirdik. Heyətimiz olduqca kasaddır. Dünən baş tutan məşqdə 15 futbolçu iştirak edib. Bir neçə gün öncə kubok matçı olmasaydı, bu gün 90 dəqiqə yaxşı mübarizə görə bilərdik".
Qeyd edək ki, XVII turun görüşündə "Səbail" səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Sumqayıt"ın baş məşqçisi: "Qarabağ"la matç bizim üçün yaxşı təcrübə oldu"
"Səbail"in baş məşqçisi: "Buzda futbol oynamaq yaxşı olmadı"
Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub edib
"Şamaxı"nın baş məşqçisi: "Əsas odur ki, 1 xal qazana bildik"
Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













