Premyer Liqanın XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib
Misli Premyer Liqasının XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.
"Sizinxeber.az" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Gəncə klubunun qələbəsi ilə yekunlaşıb - 5:2.
Azər Bağırovun rəhbərlik etdiyi kollektivdən Turan Manafov dubl (17, 57) müəllifi olub. Digər qolları Yeqor Xvalko (42) və Mahamadu Ba (75) və Karim Lkoça (90+2) rəqib qapısından keçirib.
Kurban Berdıyevin baş məşqçisi olduğu "Turan Tovuz"dan isə Kristian da Silva (4) və Rəhim Sadıxov (34) fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Turan Tovuz" isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Turun son görüşü bu gün "Neftçi" və "Sabah" arasında baş tutacaq. "Neftçi Arena"da keçiriləcək matçın start fiti saat 18:30-da səsləndiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Kəpəz" üzərində qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












