Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB-2
İyunun 19-da Xankəndi şəhərinə və Ağdərə rayonuna növbəti köç olub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailə, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfər köçürülüb.Sakinlərə mənzillərin açarlarını Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinn müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev təqdim edib.
Tədbirdə çıxış edən S. Qəhrəmanov sakinləri yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara doğma torpaqda xoş günlər arzulayıb. O, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə də məlumat verərək bildirib ki, sakinlərin burda rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb, sosial obyektlər istifadəyə verilib. O, həmçinin sakinlərin məşğulluq məsələlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bölgədə yeni iş yerlərinin yaradıldığını, peşə hazırlığı və məşğulluq proqramlarının icra edildiyini, qayıdan vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunmasının dövlətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən köç edən sakinlərlə mina təhlükəsizliyinə dair maarifləndirmə görüşü keçirilib. Sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, riskli ərazilərdə davranış qaydaları, eləcə də şübhəli əşyalar aşkar edildiyi zaman atılmalı addımlar barədə ətraflı məlumat verilib. Sakinlər də doğma torpağa qayıdış sevinclərini bölüşərək, bu qüruru yaşadanlara təşəkkür ediblər. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə köç mərhəlıli şəkildə həyata keçirilir.
***
12.25
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, iyunun 19-da şəhərə 68 nəfərdən ibarət 18 ailə köçürülüb.
Ailələrə yeni mənzillərinin açarları təqdim olunub və onların məskunlaşması üçün zəruri şərait yaradılıb.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qaytarılması davam etdirilir.
***
12.17
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, iyunun 19-da şəhərə 68 nəfərdən ibarət 18 ailə köçürülüb.
***
09.56
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
APA xəbər verir ki, Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinə 18 ailə - 68 nəfər köçürülüb.
Oxşar xəbərlər
Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib- YENİLƏNİB-2
Ağdərənin Aşağı Oratağ kəndinə köçən 6 ailəyə mənzillərinin açarları təqdim olunub
Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub
Ağdərəyə daha 12 nəfər köçürülüb
Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun 3 müavini olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
