Premyer Liqa: "Neftçi" "Kəpəz" üzərində qələbə qazanıb
Misli Premyer Liqasının XVII turunda “Neftçi” “Kəpəz” üzərində qələbə qazanıb.
“Report” xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin heyətində Yeqor Boqomolski (4) və Filip Ozobiç (22) fərqlənib. Gəncə təmsilçisinin qolunu isə 77-ci dəqiqədə Orxan Əliyev rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Neftçi" yeddinci pilləyə yüksəlib. "Kəpəz" isə 10 xalla doqquzuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail”, “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz bitib. XVII tura sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail" üzərində qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Kəpəz" "Səbail" üzərində qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












