Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə qalib gəlib
Azərbaycan Premyer Liqasında "Turan Tovuz" "Zirə"ni məğlub edib.
"Sizinxeber.az" xəbər verir ki, IX turun növbəti oyununda doğma meydanda paytaxt təmsilçisini qəbul edən Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.
Qarşılaşmanın final fitinə 1 dəqiqə qalmış rəqib qapısına yol tapan Faiq Hacıyev komandasına 3 xal qazandırıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 18-ə çatdıran "Turan Tovuz" turnir cədvəlinin birinci sırasında yer alan "Qarabağ"a şərik olub.
15 xala malik "Zirə" isə dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib
Azərbaycan Premyer Liqası: "Şamaxı" Bakıda qələbə qazanıb
Premyer Liqa: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
Azərbaycan Premyer Liqasında II tura yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













