Hesablama Palatası: Rəqəmsal audit sahəsində yeni birgə layihələrin reallaşdırılması gözlənilir
Azərbaycanın Hesablama Palatası rəqəmsal audit sahəsində beynəlxalq əməkdaşlığın genişlənəcəyini və yeni birgə layihələrin həyata keçiriləcəyini gözləyir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Hesablama Palatasının sədrinin müavini Nəsir Sadıqov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində palatanın təşkilatçılığı ilə keçirilən "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, tədbir zamanı fərqli dövlətlərin ali audit institutlarının iş təcrübəsi araşdırılıb, rəqəmsal audit sahəsində istifadə edilən yeni yanaşmalar və perspektiv inkişaf yolları müzakirəyə çıxarılıb.
"Aparılan müzakirələr yalnız təcrübə paylaşımı ilə kifayətlənməməli, gələcək üçün əməkdaşlıq təşəbbüslərinin, ortaq layihələrin və yeni tərəfdaşlıq münasibətlərinin formalaşmasına zəmin hazırlamalıdır. Bu gün irəli sürülən ideyaların və təşəbbüslərin gələcəkdə real əməkdaşlıq proqramlarına çevriləcəyinə əminik. Təcrübə mübadiləsi rəqəmsal transformasiya prosesində daha nəticəli fəaliyyətin həyata keçirilməsinə və audit mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verəcək", – deyə o vurğulayıb.
Sədr müavini qeyd edib ki, rəqəmsal audit vasitələrinin tətbiqi dövlət maliyyə resurslarının idarə olunmasında şəffaflığın, hesabatlılığın və effektivliyin yüksəldilməsinə xidmət göstərir. "Beynəlxalq partnyorlarla əməkdaşlığın dərinləşdirilməsi rəqəmsal audit sahəsində qabaqcıl metodların mənimsənilməsinə və innovativ təcrübələrin bölüşülməsinə geniş imkanlar açacaq".
Oxşar xəbərlər
Hesablama Palatası rəqəmsal dövlət auditinin inkişafı istiqamətində planlarını açıqlayıb
Muhammad Usman: "Ali audit qurumları texnoloji dəyişikliklərlə ayaqlaşmalıdır"
Özbəkistan Hesablama Palatası 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq edəcək
Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır
IsDB: Süni intellekt və rəqəmsal texnologiyalar audit sahəsində daha geniş tətbiq olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
