sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İngiltərə çempionatı: “Mançester Yunayted” ardıcıl üçüncü dəfə məğlub olub
Futbol üzrə İngiltərə çempionatının XIX turunun matçında "Nyukasl" səfərdə "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib. Görüş "Old Trafford" stadionunda baş tutub.
"Sizinxeber.az"un məlumatına görə, qolları Aleksander İsak (4-cü dəqiqə) və Joelinton (19-cu dəqiqə) vurublar.
“Mançester Yunayted” İngiltərə çempionatında ardıcıl üçüncü, altı oyunda isə beşinci dəfə məğlub olub. Komanda 22 xal toplayıb və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Nyukasl” ardıcıl dördüncü qələbəsini qazanıb və 32 xalla 5-ci yerdədir.
“Mançester Yunayted” növbəti oyunda yanvarın 5-də səfərdə çempionatın lideri “Liverpul”la, "Nyukasl" yanvarın 4-də səfərdə "Tottenhem"lə qarşılaşacaq.
Oxşar xəbərlər
Mançester derbisində qalib iki dəqiqə ərzində bəlli olub
"Mançester Siti" ardıcıl beşinci dəfə məğlub olub
Premyer Liqa: "Mançester Yunayted" səfərdə "Mançester Siti"yə qalib gəlib
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib
İngiltərə çempionatı: "Arsenal" "Liverpul"la heç-heçə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













