Elina Moşkoviç: "İnkişaf etməkdə olan ölkələrdə təbii fəlakət itkilərinin 90 %-i sığortalanmır"
İnkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlər nəticəsində yaranan iqtisadi itkilərin 80-90 %-i sığorta təminatından kənarda qalır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Risk University"nin təsisçisi, risklərin idarə olunması və korporativ idarəetmə üzrə məsləhətçisi Elina Moşkoviç XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, qlobal miqyasda təbii fəlakətlərin iqtisadi və sosial təsirləri artmaqda davam edir, lakin bu risklərin əhəmiyyətli hissəsi hələ də sığorta ilə əhatə olunmur:
"Ötən il dünyada təbii fəlakətlər nəticəsində 220 milyard ABŞ dolları həcmində zərər qeydə alınıb. Bu itkilərin təxminən yarısı sığortalanmamışdı. Bu, bir tərəfdən cəmiyyət üçün ciddi problemdir, digər tərəfdən isə sığorta sektoru üçün böyük inkişaf potensialı yaradır.
Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bunun ən bariz nümunələrindən biridir. Minlərlə insanın həyatına son qoyan və böyük iqtisadi itkilərə səbəb olan bu fəlakətdə zərərin yalnız kiçik hissəsi sığorta ilə təmin edilmişdi. Qalan yük isə ailələrin və dövlətin üzərinə düşdü.
Lakin həmin faciə başqa bir vacib dərsi də ortaya qoydu. Zəlzələnin təsirinə məruz qalan Ərzin şəhərində eyni gücdə yeraltı təkanlar qeydə alınsa da, insan itkisi yaşanmadı. Bunun əsas səbəbi risklərin düzgün idarə olunması idi. Şəhər rəhbərliyi tikinti normalarının pozulmasına yol verməmiş, təhlükəsizlik standartlarına ciddi nəzarət etmişdi. Nəticədə eyni təbii hadisə fərqli nəticələr doğurdu".
E.Moşkoviç vurğulayıb ki, risklərin idarə edilməsində əsas məsələ məlumatın qərarlara çevrilməsidir:
"Bu gün təşkilatların risk modelləri, strateji hədəfləri, əsas performans göstəriciləri və geniş məlumat bazaları var. Lakin əsas sual budur ki, bu məlumatlardan necə istifadə olunur? Məqsədə çatmaq üçün hansı şərtlərin yerinə yetirilməli olduğunu, hansı risklərin mövcud olduğunu və həmin risklərə nə qədər yaxınlaşdığımızı davamlı şəkildə izləməliyik.
Risklərin qiymətləndirilməsi yalnız rüblük və ya illik hesabatlarla məhdudlaşmamalıdır. Eyni zamanda, risk iştahası və dözümlülük hədləri dəqiq müəyyən edilməlidir. Bütün bunların məqsədi daha düzgün və əsaslandırılmış qərarların qəbul edilməsidir".
Oxşar xəbərlər
Təbii fəlakətlər ilin ilk yarısında qlobal iqtisadiyyata 131 milyard dollar ziyan vurub
Niyaz İsmayılov: "Azərbaycanın sığorta sektoru tam yetkinləşmə mərhələsinə hələ çatmayıb"
Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir
Prezidentin köməkçisi: "Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir"
Bakıda 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
