Premyer Liqa: "Mançester Yunayted" səfərdə "Mançester Siti"yə qalib gəlib
İngiltərə Premyer Liqasının XVI turunda “Mançester Yunayted” səfərdə “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.
“Sizinxeber.az” xəbər verir ki, görüş "Etihad" stadionunda baş tutub.
Oyunda ilk qolu "Mançester Siti"nin heyətində Yoşko Qvardiol vurub. Amma meydan sahibləri hesabı sonadək qoruya bilməyiblər.
Belə ki, "Mançester Yunayted"dən Bruno Fernandeş 88-ci dəqiqə, penaltidən fərqlənib. Amad Diallo isə 90-cı dəqiqədə qələbə qolunu vurub.
“Mançester Yunayted” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb, Ruben Amorimin komandasının 22 xalı var. “Mançester Siti” 27 xalla beşincidir. “Mançester Yunayted” dekabrın 22-də “Bornmut”u qəbul edəcək. “Mançester Siti” isə 21-də səfərdə “Aston Villa” ilə qarşılaşacaq.
Komandalar tarixdə 195 dəfə qarşılaşıblar. “Mançester Yunayted” 80-ci qələbəsini qazanıb, “Mançester Siti” 61 dəfə güclü olub, 54 matç heç-heçə ilə bitib.
Oxşar xəbərlər
Mançester derbisində qalib iki dəqiqə ərzində bəlli olub
"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
